Çərşənbə, 01 May

"Ukrayna hakimiyyətinin iradəsi yoxdur, sülh üçün..." - Putin

image

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyi təklif edib”.

Xəbər verilir ki, bunu İran səfərindən sonra jurnalistlərə danışan Rusiya Prezidenti Vladimir Putin deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək planının olub-olmaması ilə bağlı suala cavabında Putin deyib ki, Kiyev martda razılaşdırılmış sülh sazişi layihəsinin şərtlərinə əməl etməyib:

“Əlbəttə, yekun nəticə tərəflərin razılaşdırılmış şərtləri yerinə yetirməsindən asılı olacaq. Bu gün biz Kiyev administrasiyasının belə bir iradəsinin olmadığını görürük”.

Putin həmçinin Tehranda Prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna taxılının ixracına yenidən başlanması ilə bağlı razılaşmanı dəyərləndirib. Taxıl daşınmasını təmin etmək üçün hələlik bütün problemlərin həll edilmədiyini bildirən Putin bildirib ki, irəliləyişin olması müsbətdir.

Putin bəyan edib ki, Moskva Qara dənizdə Ukraynanın taxıl ixracını asanlaşdırmağa hazırdır, lakin Rusiyaya taxıl ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42